14 oktyabr 2011 11:38
Turan – AZAL matçının hakimi dəyişdirildi
Futbol üzrə Azərbaycan Premyer Liqasının 9-cu turunun bir oyununun hakimi dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər yayıb.
Məlumatda bildirilir ki, “Turan” – AZAL oyununa köməkçi hakim kimi təyinat alan Elman Musayev xəstəliyi ilə əlaqədar bu vəzifəni yerinə yetirə bilməyəcək. Bu üzdən də o, Rahil Ramazanovla əvəzlənib.
Premyer Liqa
9-cu tur
15 oktyabr (şənbə)
Turan - AZAL
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Knyaz Əmiraslanov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Tovuz. Şəhər stadionu. Saat 15:00.
