14 oktyabr 2011 11:51
Azərbaycanlı futbolçular İtaliya klubuna qarşı
İtaliyanın Verona şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması oktyabrın 15-də yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, yığmamız İtaliyanın “Brescia” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Yoldaşlıq görüşü Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
