14 oktyabr 2011 12:14
UEFA-dan Ueyn Runiyə sərt cəza
UEFA İngiltərə millisinin hücumçusu Ueyn Runini cəzalandırıb. Azerisport.az xəbər verir ki, buna futbolçunun AÇ-2012-nin seçmə mərhələsinin Çernoqoriya ilə keçirilən oyununda rəqibinə bilərəkdən xəsarət yetirməsi səbəb olub.
Oyunla bağlı araşdırma aparan UEFA Runinin rəqibini bilərəkdən vurduğunu təsdiqləyib. Bu səbəbdən futbolçu 3 oyunluq cəzalandırılıb.
Bu isə "Manchester United"in ulduzunun Avropa çempionatının final mərhələsinin qrup oyunlarında iştirak etməməsi deməkdi. İngiltərə qrupdan çıxmasa, Runi Avropa çempionatında oynamaya bilər.
