14 oktyabr 2011 12:53
Qurban Qurbanov: Rəvanla oyunda bizə çox çətin olacaq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 9-cu turunun “Rəvan”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Bizi çətin və maraqlı oyun gözləyir. Rəqibimiz son iki oyununda qələbə qazanıb. Xüsusilə, “Qəbələ” üzərindəki qələbəni qeyd etmək lazımdı. Hansı ki, buna rəqib meydanında nail oldular. Bakılılar hətta uduzduqları oyunlarda da üstünlüyə malik olmaları ilə diqqət çəkirlər. Fərdi planda da yaxşı ifaçıları var. Bizə çox çətin olacaq. Amma bu qarşılaşmada mütləq 3 xal qazanmağa borcluyuq”.