15 oktyabr 2011 01:14
Millimizin üzvü oynadı, Volqa qələbə qazandı
Azərbaycan U-19 yığmasının üzvü Şamil Qurbanov Rusiyanın “Volqa” klubunun əvəzedicilərinin heyətində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, o, “Krılya Sovetov”la səfər oyununun iştirakçısı olub.
Baş məşqçi Maqomed Adiyev millimizin müdafiəçisinə bu dəfə də ilk dəqiqələrdən şans verib. Ötən tur meydana çıxmayan Qurbanov bu matçı əvəzedilmədən keçirib.
Qarşılaşmaya gəlincə, Nijni Novqorod təmsilçisi matçın 31-ci dəqiqəsində hesabda geri düşüb. Amma ruhdan düşməyən qonaqlar 86 və 89-cu dəqiqələrdə vurulan qollarla əzmkar qələbəyə seviniblər - 2:1.
Qeyd edək ki, “Volqa”nın əsas heyətində Azərbaycanın əsas millisinin hücumçusu Vaqif Cavadov da forma geyir.
