15 oktyabr 2011 21:22
Cavadov oynamadı, komandası 1 xal qazandı (YENİLƏNİB)
Rusiya Premyer Liqasında 27-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Vaqif Cavadovun şərəfini qoruduğu “Volqa” bu tur səfərdə Samara “Krılya Sovetov”unun qonağı olub.
Qeyd edək ki, həmyerlimizin komandası elitada qalmaq uğrunda mübarizə aparır. 11-ci pillədə qərarlaşan Nijni Novqorod təmsilçisinə hər xal hava-su kimi lazımdı. Maraqlıdı ki, “Krılya Sovetov” da elə elitada qalmaq üçün mübarizə aparırdı. “Volqa”dan cəmi 2 xal geri qalan (22) Samara təmsilçisi bu oyunu mütləq qələbəylə başa vurmaq fikrindəydi.
Amma tərəflərin çoxsaylı cəhdlərinə baxmayaraq, qarşılaşma qolsuz başa çatıb. Nəticədə, Vaqifin komandası daha bir xal qazanaraq, 11-ci pillədəki yerini qoruyub.
Vaqif bu dəfə meydana çıxmayıb. Maraqlıdı ki, onun adı heç "18-liy"ə də salınmayıb.
Rusiya Premyer Liqası
27-ci tur
15 oktyabr
Krılya Sovetov – Volqa - 0:0
