15 oktyabr 2011 13:40
Azərbaycan millisi 20 pillə geriləyəcək
Oktyabrın 19-da FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayacaq. Azerisport.az xəbər verir ki, hələ rəsmi açıqlamaya bir neçə gün qalsa da, Azərbaycan yığmasının hansı aqibəti yaşayacağı məlumdu.
Belə ki, Berti Foqtsun komandası düz 20 pillə geriləmək məcburiyyətində qalacaq. Komandamızın xal hesabından isə 94 xalı silinəcək.
Nəticədə, Azərbaycan millisi növbəti reytinq siyahısında 117-ci pillədə qərarlaşacaq. Qeyd edək ki, belə kəskin geriləməyə komandamızın məhz bu ay keçirdiyi Avstriya və Türkiyə ilə oyunlardakı məğlubiyyət səbəb olub.
