15 oktyabr 2011 14:31
Fenerbahçeli futbolçu qəzaya uğradı (FOTO)
Türkiyənin “Fenerbahçe” klubunun futbolçusu İssiar Dia avtomobil qəzasına uğrayıb. Azerisport.az xəbər verir ki, o, bu səhər komandasının məşqinə gedərkən böyük şanssızlıq yaşayıb.
Belə ki, seneqallı oyunçu 34 AD 9749 dövlət nömrə nişanlı “Audi” markalı avtomobiliylə irəliləyərkən, qarşısındakı maşını vurub. Hər iki avtomobilə ciddi ziyan dəyərkən, Dianın özünə heç bir şey olmayıb. Vurulan avtomobilin isə sürücüsünün olmadığı və yol ortasında buraxıldığı iddia olunur.
Sözügedən qəza ilə əlaqədar polis bölməsinə aparılan və izahatı alınan Dianın “sarı-lacıvərdlilər”in səhər məşqinə qatılması mümkün olmayıb.
