15 oktyabr 2011 16:34
Premyer Liqamızda növbəti qalmaqal
Futbol üzrə Azərbaycan Premyer Liqasının 9-cu turu qalmaqalla başlayıb. Azerisport.az xəbər verir ki, Tovuzda keçirilən “Turan” – AZAL matçının ikinci hissəsi təxminən 10-12 dəqiqəlik gecikmə ilə başlayıb.
Buna səbəb isə matçın fasiləsində Tovuz klubunun rəhbərliyinin ilk yarının sonlarında meydandan qovulan Georgi Beriaşviliyə görə hakimlərə ciddi etirazı olub. Təsdiqlənməmiş məlumata görə, meydan sahibləri hətta buna görə ədalət təmsilçilərinə təzyiq də göstəriblər. Amma buna baxmayaraq, matçın davamı baş tutub.
Qeyd edək ki, Beriaşvili ilk yarının 44-cü dəqiqəsində birbaşa qırmızı vərəqəylə meydandan qovulub.
