15 oktyabr 2011 17:44
Əsgər Abdullayev: Qırmızı vərəqədən sonra oyunumuz alınmadı
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 9-cu turunun AZAL-la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, qolsuz heç-heçəylə başa çatan oyundan sonra bunları dilə gətirib.
"Oyuna yaxşı başladıq. Lakin qırmızı vərəqədən sonra oyunumuz alınmadı. Bu, oyunumuza təsir etdi".
Qeyd edək ki, bu günün yeganə oyunu olan "Turan" - AZAL matçı 0:0 bitib.
