15 oktyabr 2011 00:01
Fasilə bitdi, diqqət Premyer Liqaya
Milli komandaların oyunları ilə əlaqədar yaranmış iki həftəlik fasilədən sonra futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu tura start veriləcək. Azerisport.az xəbər verir ki, hesabat turunun oyunları yenə iki günə keçiriləcək.
Şənbə günü cəmi bir qarşılaşma keçiriləcək. “Turan” doğma meydanda AZAL-ı qəbul edəcək. AZAL Tovuz təmsilçisiylə qarşılaşmaya itkilərlə çıxacaq. “Təyyarəçilər”in heyətində kapitan Aqil Nəbiyev və albaniyal müdafiəçi Ervin Bulkunun zədəsi hələ də sağalmayıb. Son dörd turda qələbə qazana bilməyən AZAL səfər oyununda uğursuz seriyaya son qoymağa çalışacaq. Paytaxt təmsilçisi ilə müqayisədə son dörd turda ard-arda üzləşdiyi məğlubiyyətlərdən sonra təhlükəli zonaya düşən “Turan”ı son pillədə qərarlaşmış “Sumqayıt Şəhər”dən cəmi 3 xal ayırır. Qeyd edək ki, “Turan” və AZAL arasında ölkə çempionatında keçirilmiş son altı oyundan heç birində qərb təmsilçisi qalib gələ bilməyib. Əsgər Abdullayevin komandası bu dəfə sözügedən uğursuz seriyaya son qoymağa çalışacaq.
Turun ikinci oyun günündə - 16 oktyabrda beş qarşılaşma keçiriləcək. Premyer Liqada hələ də qələbə qazana bilməyən “Sumqayıt Şəhər” doğma azarkeşləri önündə “Bakı”nı məğlub etməklə ilk qalibiyyətini qeyd etməyə çalışacaq. “Sumqayıt Şəhər” “Bakı”ya da məğlub olacağı təqdirdə turnir cədvəlində vəziyyəti bir qədər də pisləşəcək. Belə ki, turnir cədvəlinin son pilləsində “möhkəmlənən” “Sumqayıt Şəhər” 10-cu pillənin sahibi “Simurq”dan 5 xal geri qalır. Lakin, hər hansı xal itkisi bakılıların turnir cədvəlində geriləməsinə gətirib çıxara bilər.
Son turlar uğursuzluq zolağına düşən komandalardan olan “Qəbələ” doğma azarkeşləri önündə “Kəpəz”i qəbul edəcək. “Neftçi” və “Xəzər Lənkəran” məğlubiyyətlərindən sonra ötən tur doğma azarkeşləri önündə “Rəvan”a da yenilən “Qəbələ” hazırda liderler qrupundan xeyli uzaq düşüb. Aktivində 11 xalı olan “Kəpəz” və “Qəbələ” turnir cədvəlinin 6-7-ci pillələrini bölüşürlər. Qeyd edək ki, “Qəbələ” bu qarşılaşmada zədəli olan hücumçu Viktor Mendinin xidmətindən yararlana bilməyəcək. Əvəzində, klubun yeni transferi – Fil Dişi Sahilindən olan hücumçusu Serge Djiehoua bazar günü keçiriləcək oyunda debüt edə bilər. Bu komandalar arasında indiyə kimi keçirilən 4 oyunun hamısında heç-heçə qeydə alınıb. Qeyd edək ki, “Kəpəz”in müdafiəçiləri Milan Antiç və Razvan Tarlea bu tur sabiq komandalarına qarşı oynaya bilərlər.
9-cu turun mərkəzi oyununda “Neftçi” “İnter”i qəbul edəcək. Liderlər qrupunda qərarlaşmış komandalardan “Neftçi” 15 xalla turnir cədvəlinin ikinci, “İnter” isə 14 xalla üçüncü pilləsində qərarlaşıb. Hər iki komanda ötən tur qələbə qazansa da, Premyer Liqanın lideri “Xəzər Lənkəran”ı məğlub edərək turnir cədvəlinin liderinin məğlubiyyətsiz seriyasını qıran “bank təmsilçisi”nin qələbəsi daha çox marağa səbəb oldu. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək qarşılaşmanın heç-heçə bitməsi daha çox çempionluq uğrunda yarışan rəqib komandalara sərf edəcək.
Ötən tur səfərdə “Qəbələ”ni məğlub etməklə sürprizə imza atan “Rəvan” doğma azarkeşləri önündə “Qarabağ”ı sınağa çəkəcək. Milli komandanın oyunlarından sonra ciddi xal itkiləri üzləşən “Qarabağ” bu halın təkrarlanmamasına çalışacaq. 13 xalla turnir cədvəlinin dördüncüsü olan “Qarabağ” “Rəvan”ı məğlub etməklə liderlərə bir qədər də yaxınlaşa bilər. Vladislav Qədirovun rəhbərliyi ilə keçirdiyi hər iki oyunda qalib gələn “Rəvan” bu uğurlu seriyanı davam etdirə bilər. Qeyd edək ki, “Rəvan”ın cəzalı iki futbolçusu - müdafiəçi Şerif Suma və yarımmüdafiəçi Taqim Novruzov “Qarabağ”la oyunda iştirak edə bilməyəcək.
Premyer Liqanın 9-cu turuna “Xəzər Lənkəran”-“Simurq” qarşılaşması ilə yekun vurulacaq. Ötən tur səfərdə “İnter”ə minimal hesabla məğlub olan “Xəzər Lənkəran” cari mövsümün yeganə məğlubiyyətsiz komandası statusunu itirdi. Heyətində müdafiəçi Elvin Beqiridən başqa itkisi olmayan cənub təmsilçisi “Simurq”u məğlub edərək liderliyini bir qədər də möhkəmləndirməyə çalışacaq. Ötən tur doğma azarkeşləri önündə “Neftçi”yə məğlub olan “Simurq” güclü rəqibi qarşısında heç də pis təsir bağışlamamışdı. Zaqatala təmsilçisinin səfərdə qazanacağı 1 xalı komanda üçün uğur hesab etmək olar. İndiyə kimi 10 dəfə qarşılaşan “Xəzər Lənkəran” və “Simurq” komandalarının oyunlarında üstünlük Lənkəran təmsilçisindədi. Yeddi qarşılaşmada meydanı qalib tərk edən “Xəzər Lənkəran” “Simurq”a məğlub olmayıb. Bu komandalar arasında keçirilən oyunlarda “Xəzər Lənkəran” 18, “Simurq” isə 7 dəfə rəqib qapısına yol tapa bilib.
Premyer Liqa
9-cu tur
15 oktyabr (şənbə)
Turan - AZAL
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Knyaz Əmiraslanov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Tovuz. Şəhər stadionu. Saat 15:00.
16 oktyabr (bazar)
Sumqayıt Şəhər – Bakı
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Zeynal Zeynalov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 15:00.
Qəbələ - Kəpəz
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Vaqif Musayev, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Səfər Haşımov.
Qəbələ. Şəhər stadionu. Saat 15:00.
Neftçi - İnter
Hakimlər: Elçin Məmmədov, İlham Əliyev, Azər Əsgərov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 15:30.
Rəvan - Qarabağ
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Nüvər Xasıyev.
Bakı. "Dalğa Arena" stadionu. Saat 17:00.
Xəzər Lənkəran - Simurq
Hakimlər: Rauf Cabbarov, Ramiz Əsədov, Elşən Acalov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Rüfət Hüseynov.
Lənkəran. Mərkəzi stadion. Saat 17:30.
|
1
|
Xəzər Lənkəran
|
8
|
6
|
1
|
1
|
13-5
|
19
|
|
2
|
Neftçi
|
7
|
5
|
0
|
2
|
11-5
|
15
|
|
3
|
İnter
|
8
|
4
|
2
|
2
|
6-5
|
14
|
|
4
|
Qarabağ
|
7
|
4
|
1
|
2
|
9-5
|
13
|
|
5
|
Bakı
|
8
|
3
|
3
|
2
|
8-6
|
12
|
|
6
|
Kəpəz
|
8
|
3
|
2
|
3
|
14-13
|
11
|
|
7
|
Qəbələ
|
8
|
3
|
2
|
3
|
9-10
|
11
|
|
8
|
Rəvan
|
8
|
2
|
3
|
3
|
10-11
|
9
|
|
9
|
AZAL
|
8
|
2
|
3
|
3
|
10-12
|
9
|
|
10
|
Simurq
|
8
|
2
|
2
|
4
|
7-10
|
8
|
|
11
|
Turan
|
8
|
2
|
0
|
6
|
7-13
|
6
|
|
12
|
Sumqayıt Şəhər
|
8
|
0
|
3
|
5
|
3-12
|
3
|
Bombardirlər:
4 - Ceyhun Sultanov, Yuri Fomenko (Kəpəz), Sergey Artyux (Turan).
3 - Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi).
