15 oktyabr 2011 00:25
Yığma komanda baş məşqçisiz qaldı
AÇ-2012-nin seçmə mərhələsindəki uğursuz çıxış daha bir yığmanın baş məşqçisinin qovulmasıyla nəticələnib. Azerisport.az xəbər verir ki, Serbiya yığması da baş məşqçisiz qalıb.
Sözügedən ölkə yığmasının AÇ-2012-yə vəsiqə qazana bilməməsi baş məşqçi Vladimir Petroviçin postundan istefa verməsinə səbəb olub. Belədə, onun Serbiya millisindəki fəaliyyəti cəmi 2 oyundan ibarət olub.
Xatırladaq ki, 56 yaşlı mütəxəssis bir müddət öncə istefaya göndərilmiş Radomir Antiçin əvəzində yığmaya gətirilmişdi. Lakin son məğlubiyyətlərlə hətta pley-offa da qatıla bilməyən Serbiya millisinin uğursuzluğu onun bu postda daha uzun müddətə qalmasına mane olub.
Sonda onu da qeyd edək ki, hələ Serbiya yığmasının yeni baş məşqçisinin kim olacağına aydınlıq gəlməyib. Bu, yaxın günlərdə dəqiqləşməlidi.
