16 oktyabr 2011 01:05
Yenə qalmaqal və ya AZAL nə vaxt qələbə qazanacaq?
Milli komandaların oyunları ilə əlaqədar yaranmış iki həftəlik fasilədən sonra futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu tura start verildi. Azerisport.az xəbər verir ki, hesabat turunun ilk oyun günündə cəmi 1 qarşılaşma baş tutdu.
Şənbə gününün yeganə matçında “Turan” doğma meydanda AZAL-ı qəbul edirdi. AZAL Tovuz təmsilçisiylə qarşılaşmaya itkilərlə çıxmışdı. “Təyyarəçilər”in heyətində kapitan Aqil Nəbiyev və albaniyal müdafiəçi Ervin Bulkunun zədəsi hələ də sağalmadığından onlar bu görüşdə də forma geymək imkanından məhrum idi. Lakin bütün bunlara baxmayaraq, son dörd turda qələbə qazana bilməyən AZAL səfər oyununda uğursuz seriyaya son qoymağı hədəfləmişdi.
Paytaxt təmsilçisi ilə müqayisədə son dörd turda ard-arda üzləşdiyi məğlubiyyətlərdən sonra təhlükəli zonaya düşən “Turan”ın vəziyyəti daha pis idi. Bu komandanı son pillədə qərarlaşmış “Sumqayıt Şəhər”dən cəmi 3 xal ayırırdı. Üstəlik, “Turan” və AZAL arasında ölkə çempionatında keçirilmiş son altı oyundan heç birində qərb təmsilçisi qalib gələ bilməmişdi. Əsgər Abdullayevin komandası bu dəfə sözügedən uğursuz seriyaya son qoymağa çalışacaqdı.
Amma qarşılaşmanın gedişi tərəflərin qələbə istəyindən qətiyyən xəbər vermirdi. Xüsusilə də ilk yarıda sərgilənən oyunu futbol adlandırmaq çətin idi. Yalnız fasilədən sonra AZAL daha üstün futbol sərgiləməyə, hücumlar təşkil etməyə başladı ki, bunun da xüsusi səbəbi vardı. Belə ki, ilk yarının başa çatmasına az qalmış meydan sahiblərinin hücumçusu Georgi Beriaşvili rəqibə qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə ilə meydandan qovuldu.
Məhz bu məqam kiçik bir qalmaqalla da müşaiyət olundu. Belə ki, qarşılaşmanın fasiləsində Tovuz klubunun rəhbərliyi hakimlərin sözügedən qərarının yanlışlığını sübut etməyə çalışırdılar. Deyilənlərə görə, hətta tovuzlular bu vaxt ədalət təmsilçilərinə təzyiq də göstəriblər. Düzdü, bu fakt hələlik təsdiqini tapmasa da, faktdı ki, yaranan qalmaqalla əlaqədar qarşılaşmanın ikinci yarısı 10-12 dəqiqə gecikməylə başladı.
Amma rəqibin azlıqda qalmasına baxmayaraq, paytaxt təmsilçisi yenə öz istəyinə çata bilmədi. İkinci hissə boyu rəqibini qapısına sıxışdıran “təyyarəçilər” bu dəfə də 1 xalla kifayətlənməli oldular. “Turan” isə qazanılan 1 xala da sevinə bilər.
Premyer Liqa
9-cu tur
15 oktyabr
Turan - AZAL - 0:0
Vərəqələr: Yasin Abbasov, 5 (hakimin qərarına etiraz), Anar Nəzirov, 90+2 (vaxtı uzatdığına görə) - Zohair Benouahi, 29 (qeyri-idman hərəkəti), Usim Nduka, 45+1 (qeyri-idman hərəkəti), Aqil Nəbiyev, 45+1 (qeyri-idman hərəkəti). Mansur Limani, 56 (perspektivli hücumun qarşısını aldığına görə) – sarı, Georgi Beriaşvili, 45+1 (rəqibə ayaqla zərbə) – qırmızı.
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Knyaz Əmiraslanov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
15 oktyabr 2011. Tovuz. Şəhər stadionu. 1500 tamaşaçı.
Turan: 1. Anar Nəzirov, 3. Aftandil Hacıyev, 7. Ramal Hüseynov (k), 9. Yasin Abbasov (10. Nadir Nəbiyev, 55), 11. Georgi Beriaşvili, 14. Aleksandr Qoqoberişvili, 15. Namiq Əliyev (25. Camal Məmmədov, 35), 22. Məhərrəm Müslümzadə, 24. Sergey Artyux, 27. Zura Dzamsaşvili, 29. Rudison Ferreyra (18. Hafiz Əliyev, 46).
Ehtiyat oyunçular: 12. Natiq Səhrətov, 8. Akif Tağıyev, 19. Ruslan Abbasov, 20. Azər Məmmədov.
Baş məşqçi: Əsgər Abdullayev.
AZAL: 12. Cahangir Həsənzadə (k), 3. Usim Nduka, 6. Mindauqas Daunoraviçyus, 11. Zohair Benuahi, 17. Viktor İbekoyi, 10. Nuqzar Kvirtiya, 20. Mansur Limani (7. Tərlan Xəlilov, 67), 19. Hüseyn Axundov, 9. Vüsal Qarayev (8. Elşən Məmmədov, 33), 23. Tales Şütz, 15. Georgi Boqyu (25. Ruis Kristian, 64).
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 14. Orxan Səfiyaroğlu, 5. Aqil Nəbiyev, 13. Rasif Səfiyarov.
Baş məşqçi: Elxan Abdullayev.
Qeyd edək ki, turun qalan görüşləri bu gün keçiriləcək: Sumqayıt Şəhər – Bakı, Qəbələ - Kəpəz, Neftçi – İnter, Rəvan – Qarabağ, Xəzər Lənkəran – Simurq.
|
1
|
Xəzər Lənkəran
|
8
|
6
|
1
|
1
|
13-5
|
19
|
|
2
|
Neftçi
|
7
|
5
|
0
|
2
|
11-5
|
15
|
|
3
|
İnter
|
8
|
4
|
2
|
2
|
6-5
|
14
|
|
4
|
Qarabağ
|
7
|
4
|
1
|
2
|
9-5
|
13
|
|
5
|
Bakı
|
8
|
3
|
3
|
2
|
8-6
|
12
|
|
6
|
Kəpəz
|
8
|
3
|
2
|
3
|
14-13
|
11
|
|
7
|
Qəbələ
|
8
|
3
|
2
|
3
|
9-10
|
11
|
|
8
|
AZAL
|
9
|
2
|
4
|
3
|
10-12
|
10
|
|
9
|
Rəvan
|
8
|
2
|
3
|
3
|
10-11
|
9
|
|
10
|
Simurq
|
8
|
2
|
2
|
4
|
7-10
|
8
|
|
11
|
Turan
|
9
|
2
|
1
|
6
|
7-13
|
7
|
|
12
|
Sumqayıt Şəhər
|
8
|
0
|
3
|
5
|
3-12
|
3
|
Bombardirlər:
4 - Ceyhun Sultanov, Yuri Fomenko (Kəpəz), Sergey Artyux (Turan).
3 - Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi), Georgi Adamiya (Qarabağ), Dodo (Qəbələ).
