16 oktyabr 2011 02:38
Yığma komandada yeni baş məşqçi
Futbol üzrə İslandiya milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, İslandiya Futbol Federasiyası yığmanın baş məşqçi postunu isveçli Lars Laqerbaka tapşırıb.
Asossiasiyanın bununla bağlı rəsmi açıqlamasında 63 yaşlı mütəxəssislə anlaşma əldə olunduğu və onun iki ay sonra - yeni ilin ilk günlərində işə başlayacağı bildirilir. Laqerbak isə İslandiya yığmasının baş məşqçisi kimi ilk açıqlamasında hədəfinin DÇ-2014-ə vəsiqə qazanmaq olduğunu deyib.
Qeyd edək ki, İslandiya DÇ-2014-ün seçmə mərhələsində Norveç, Sloveniya, İsveçrə, Albaniya və Cənubi Kiprlə bir qrurda mübarizə aparacaq.
63 yaşlı mütəxəssis baş məşqçiliyə 1977-ci ildə başlayıb və indiyədək İsveçin "Kilafors", "Arbra", "Hudiksvalls" klubları ilə yanaşı, İsveç U-21-də, B və A millilərində baş məşqçi, A millidə köməkçi-məşqçi işləyib. Onun son iş yeri Nigeriya millisi olub.
