16 oktyabr 2011 17:48
Toni Adams: Bundan çox narahat idik
“Qəbələ”nin baş məşqçisi Toni Adams Premyer Liqanın 9-cu turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının doğma meydanda qələbə qazandığı (2:0) oyundan sonra bunları dilə gətirib.
“Son turlardakı uğursuz nəticələrdən çox narahat idik. Komandam potensialına uyğun oyun nümayiş etdirə bilmirdi. “Kəpəz” kimi güclü komandaya qalib gəldiyimiz üçün sevinirik. Futbolçularımı təbrik edirəm”.
