16 oktyabr 2011 17:54
Mehman Allahverdiyev: Qəbələ daha baxımlı oyun göstərdi
“Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyev Premyer Liqanın 9-cu turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının səfərdə 2 cavabsız qolla məğlub olduğu oyundan sonra bunları dilə gətirib.
“Bu gün “Qəbələ”, digər oyunlarından fərqli, daha baxımlı oyun göstərdi. Xəttlər arasında buraxdığımız səhvlərin nəticəsində qapımıza iki top vuruldu. Futbolda belə şeylər olur. Bu oyunu yaddan çıxarıb gələcək oyunlara baxmaq lazımdır. Hər iki komandaya gələcək oyunlarda uğurlar arzulayıram. ”Qəbələ”ni qalibiyyət münasibəti ilə təbrik edirəm”.
