16 oktyabr 2011 18:14
Aleksandr Starkov: Oyuna görə qələbəyə layiq idik
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 9-cu turunun “Sumqayıt Şəhər”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının səfərdə qazandığı minimal hesablı qələbədən sonra bunları dilə gətirib.
“Ağır oyun oldu. Rəqibin müdafiədən oynadığını və yaxşı təşkilatlanmış komanda olduğunu bilirdik. Çox qol buraxmayan komandadı. Oyuna görə qələbəyə layiq idik. Bir epizodda rəqibimiz fərqlənə bilərdi, lakin qapıçımız Marko Şarliya komandanı qoldan xilas etdi”.
