16 oktyabr 2011 18:27
Bernard Raab: Qırmızı oyunumuza təsirini göstərdi
“Sumqayıt Şəhər”in baş məşqçisi Bernard Raab Premyer Liqanın 9-cu turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının doğma meydanda uduzduğu (0:1) oyundan sonra bunları dilə gətirib.
“Rəqibin gücünə bələd idik, buna uyğun hazırlaşmışdıq. Oyunun əvvəlində qapıçımızın qırmızı vərəqə alaraq meydandan qovulması oyunumuza təsirini göstərdi. İlk hissədə qol buraxmasaq da, ikinci hissədə bir səhvimiz qapımızda qolla nəticələndi. Qalan vaxt ərzində yaratdığımız qol imkanlarından isə istifadə edə bilmədik”.
