16 oktyabr 2011 18:38
Böyükağa Hacıyev: Sadəcə, bəxtimiz gətirmədi
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 9-cu turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının minimal hesabla uduzduğu oyundan sonra bunları dilə gətirib:
“Bilirdik ki, çətin oyun olacaq. Bu, daha çox onunla əlaqədar idi ki, xeyli oyunçumuz yığma komandaların düşərgəsindən yenicə qayıtmışdılar. Buna baxmayaraq, ilk yarıda bizim tam üstünlüyümüz var idi. Hər şeyə rəğmən, məğlub olduq. Sadəcə, bəxtimiz gətirmədi. Nəzərə alsaq ki, ehtiyatda bir oyunumuz var, biz hələ ilk dövrənin sonuna kimi vəziyyətimizi yaxşılaşdıra bilərik”.