16 oktyabr 2011 20:06
Rednik: Futbolçular millidən artıq çəkiylə qayıdır
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Premyer Liqanın 9-cu turunun “Simurq”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının minimal hesabla qələbə qazandığı oyundan sonra bunları dilə gətirib:
“Bu günkü oyunda qələbə qazanmaq bizim üçün çox vacib idi. Qola qədər biz çox yaxşı təsir bağışlayırdıq. Amma məhz o qoldan sonra komandam öz oyununu itirdi. Özüm də bilmirəm, bu, niyə belə oldu. Bilirsiz, əslində “Xəzər Lənkəran” həmişə belə fasilələrdən sonra o qədər də yaxşı təsir bağışlamır. Xüsusilə, yığma komandanın toplanışlarından sonra futbolçularımızda nə baş verdiyini bilmirəm. Berti Foqts həmişə klubları tənqid edir ki, məşqlərində çatışmazlıqlar çoxdu. Onda milli üzvləri niyə yığmadan artıq çəki ilə qayıdırlar? Əsas odu ki, bu gün lazım olan 3 xalı qazandıq. Yetirmələrimi qələbə münasibətilə təbrik edirəm”.