16 oktyabr 2011 20:14
Vladislav Qədirov: Heç-heçəni oyunun ədalətli nəticəsi sayıram
“Rəvan”ın baş məşqçisi Vladislav Qədirov Premyer Liqanın 9-cu turunun “Qarabağ”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:1 hesablı heç-heçəyə razılaşdığı oyundan sonra bunları dilə gətirib.
“Qurban Qurbanovu “əməkdar məşqçi” adı alması münasibətilə təbrik edirəm. Rəqibin “Qarabağ” kimi güclü komanda olduğunu nəzərə alsaq, yaxşı oynadığmızı söyləyə bilərəm. Oyunun sonunda vurduğumuz qol məntiqi nəticə idi. Buna görə də heç-heçəni oyunun ədalətli nəticəsi sayıram”.
