16 oktyabr 2011 20:16
Yuran: Onlardan daha çoxunu gözləyirdim
“Simurq”un baş məşqçisi Sergey Yuran Premyer Liqanın 9-cu turunun “Xəzər Lənkəran”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının ..oyundan sonra bunları dilə gətirib.
“Bu oyunda iki real qol imkanından istifadə edə bilmədik. Sonradan meydana daxil olan üç futbolçumuz oyunun gedişini dəyişdi, daha sərbəst oynadıq. Lakin, mən onlardan daha çoxunu gözləyirdim. ”Xəzər Lənkəran”ı qələbə münasibəti ilə təbrik edirəm. Onlara gələcək oyunlarda uğurlar arzu edirəm.”
