17 oktyabr 2011 00:02
Xəzər Lənkəran üçün “qırmızı” tur
Premyer Liqada daha bir turu arxada qoyduq. Azerisport.az xəbər verir ki, hesabat turu “Qarabağ”ın növbəti xal itkisi, son çempionun “Neftçi”nin məğlubiyyəti, eləcə də qırmızı vərəqələrin bolluğu ilə yadda qaldı.
Premyer Liqada hələ də qələbə qazana bilməyən “Sumqayıt Şəhər” doğma azarkeşləri önündə “Bakı”nı məğlub etməklə ilk qalibiyyətini qeyd etmək istəyində idi. Hər hansı xal itkisi bakılıların da turnir cədvəlində geriləməsinə gətirib çıxara bilərdi. Lakin qarşılaşmanın elə əvvəlindəcə meydan sahiblərinin qapıçısı Andrey Popoviçin qırmızı vərəqə alaraq komandasını azlıqda qoyması Bernard Raabın komandasının planlarını pozdu. Məhz bundan sonra daha üstün oyun sərgiləyən “zolaqlılar” minimal üstünlüklə qələbə qazanmağı bacardılar.
Son turlar uğursuzluq zolağına düşən komandalardan olan “Qəbələ” doğma azarkeşləri önündə “Kəpəz”i qəbul edirdi. “Neftçi” və “Xəzər Lənkəran” məğlubiyyətlərindən sonra ötən tur doğma azarkeşləri önündə “Rəvan”a da yenilən “Qəbələ” liderler qrupundan xeyli uzaq düşmüşdü. Aktivində 11 xalı olan “Kəpəz” və “Qəbələ” turnir cədvəlinin 6-7-ci pillələrini bölüşürdülər. Üstəlik, bu komandalar arasında indiyə kimi keçirilən 4 oyunun hamısında heç-heçə qeydə alınmışdı. Ənənənin davam etməsi Toni Adamsın komandasına qətiyyən sərf etmirdi.
Lakin qəbələlilər bu dəfə nəhayət ki, uğursuz gedişə son qoya bildilər. Meydan sahiblərinin qələbə qazanmasına hətta fasilə ərəfəsində azlıqda qalmaları da mane olmadı. Baxmayaraq ki, hesab bu olaydan cəmi 3 dəqiqə öncə açılmışdı. Amma məhz 10 nəfərlə qaldıqdan sonra daha bir qol vuran “Qəbələ” tarixində ilk dəfə “Kəpəz” üzərində qələbə qazanmış oldu. Yeri gəlmişkən, bu oyunda klubun yeni transferi – Fil Dişi Sahilindən olan hücumçusu Serge Djiehoua da Premyer Liqamızda debüt matçına çıxdı. Yeri gəlmişkən, “Kəpəz”in müdafiəçiləri Milan Antiç və Razvan Tarlea bu oyunda sabiq komandalarına qarşı oynadı.
9-cu turun mərkəzi oyununda “Neftçi” “İnter”i qəbul edirdi. Liderlər qrupunda qərarlaşmış komandalardan “Neftçi” 15 xalla turnir cədvəlinin ikinci, “İnter” isə 14 xalla üçüncü pilləsində qərarlaşmışdı. Hər iki komanda ötən tur qələbə qazansa da, Premyer Liqanın lideri “Xəzər Lənkəran”ı məğlub edərək turnir cədvəlinin liderinin məğlubiyyətsiz seriyasını qıran “bank təmsilçisi”nin qələbəsi daha çox marağa səbəb oldu. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək qarşılaşmanın heç-heçə bitməsi daha çox çempionluq uğrunda yarışan rəqib komandalara sərf edəcəkdi. Bu üzdən də “Neftçi” qalib gəlməklə ikinci pillədəki mövqeyini gücləndirmək imkanına malik idi. Qonaqlar qələbə qazanacağı halda isə “bankirlər” çempionu ikinci pillədən sıxışdırıb çıxarmış olacaqdı.
Gözlənildiyi kimi, paytaxt derbisi çox gərgin mübarizə şəraitində keçdi. Təsadüfi deyil ki, görüşün baş hakimi Elçin Məmmədov düz 8 dəfə futbolçulara vərəqə göstərməli oldu. Hansı ki, həmin vərəqələrdən ikisi də qırmızı oldu. Görüşün taleyini isə cəmi bircə qol həll etdi. Onu da ötən tur “Xəzər Lənkəran”ı yenən “İnter” vurdu. Bu qələbə sayəsində “bankirlər” lideri əsas izləyicisindən uzaqlaşdırdısa, eyni zamanda da özü cənub təmsilçisinin izləyicisinə çevrilmiş oldu. “Neftçi”nin artıq geridə qalan 8 oyuna üçüncü məğlubiyyətini yaşaması da xüsusi diqqət çəkən məqam kimi vurğulana bilər.
Ötən tur səfərdə “Qəbələ”ni məğlub etməklə sürprizə imza atan “Rəvan” doğma azarkeşləri önündə “Qarabağ”ı sınağa çəkdi. Milli komandanın oyunlarından sonra ciddi xal itkiləriylə üzləşən “Qarabağ” bu halın təkrarlanmamasına çalışsa da, qorxduğu yenə başına gəldi. Halbuki, turnir cədvəlinin dördüncüsü olan “Qarabağ” “Rəvan”ı məğlub etməklə liderlərə bir qədər də yaxınlaşa bilərdi. Vladislav Qədirovun rəhbərliyi ilə keçirdiyi hər iki oyunda qalib gələn “Rəvan” isə bu uğurlu seriyanı davam etdirmək istəyirdi. Qarşılaşmada hesabı “Qarabağ” açdı. Artıq hamı görüşün ağdamlıların xeyrinə bitəcəyini düşündüyü vaxtda - əlavə vaxtında son saniyələrində səhnəyə çıxan Miloş Zeçeviç qonaq komandanı şoka salan qələbə qolunu vurdu. Beləcə, Qurban Qurbanovun komandası növbəti dəfə xal itkisiylə üzləşdi.
Premyer Liqanın 9-cu turuna “Xəzər Lənkəran”-“Simurq” qarşılaşması ilə yekun vuruldu. Ötən tur səfərdə “İnter”ə minimal hesabla məğlub olan “Xəzər Lənkəran” cari mövsümün yeganə məğlubiyyətsiz komandası statusunu itirmişdi. Lakin cənub təmsilçisi “Simurq”u məğlub etməklə liderliyini bir qədər də möhkəmləndirmək şansına malik idi. Hansı ki, onlar bu şansdan maksimum yararlandırlar və əsas izləyicilərindən bir qədər də aralandılar. Amma insaf naminə qeyd etmək lazımdı ki, ötən tur doğma azarkeşləri önündə “Neftçi”yə məğlub olan “Simurq” həmin oyunda olduğu kimi, bu dəfə də güclü rəqibi qarşısında heç də pis təsir bağışlamadı.
Premyer Liqa
9-cu tur
Sumqayıt Şəhər - Bakı - 0:1 (0:1)
Qol: Maris Verpakovski, 46.
Vərəqələr: Ramil Həşimzadə, 33 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə), Kamil Nurəhmədov, 88 (fitdən sonra topa zərbə) – sarı, Andrey Popoviç, 18 (aşkar qol vəziyyətindən məhrum etmək) – qırmızı.
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Zeynal Zeynalov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
16 oktyabr 2011. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 2000 tamaşaçı.
Sumqayıt Şəhər: 55. Andrey Popoviç, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 22. Ruslan Tağızadə, 52. Bədavi Hüseynov, 8. Emin Mustafayev (11. Kamil Nurəhmədov, 81), 20. Timur İsrafilov, 16. Hacı Əhmədov, 90. Eldar Məmmədov, 27. Ramil Həşimzadə (88. Ruslan Qurbanov, 46), 21. Murad Səttarlı (12. Sahil Kərimov, 21).
Ehtiyat oyunçular: 77. Samir Yusifov, 50. Samir Abdulov, 17. Aqil Məmmədov, 47. Abdulla Abatsiyev.
Baş məşqçi: Bernard Raab.
Bakı: 1. Marko Şarliya, 3. Denis İvanov, 6. İbrahim Karqbo (7. Deyvidas Çesnauski, 87), 8. Junior Xavier Vilson (20. Fabio Luis Ramin, 75), 14. Elvin Əliyev, 15. Cəmşid Məhərrəmov (k), 21. Novruz Məmmədov, 30. Maris Verpakovski, 36. Uinston Parks, 77. Aleksandar Soliç (4. Vadim Boret, 67), 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 23. Xalidu Sissoko, 17. Emin Cəfərquliyev, 25. Şəhriyar Əliyev, 29. Əziz Quliyev.
Baş məşqçi: Aleksandr Starkov.
Qəbələ - Kəpəz - 2:0
Qollar: Deon Barton, 41 (1:0), Dodo, 53 (2:0).
Sarı vərəqələr: Bruno da Silva, 20 (düşünmədən rəqibin ayağına zərbə); 44 (rəqibi tutduğuna görə), Veselko Trivunoviç, 60 (hakimin qərarına etiraz), Mahir Şükürov, 85 (oyunun vaxtını bilərəkdən uzatdığına görə) - Şahin Kərimov, 14 (rəqibə badalaq vurduğuna görə), Milan Antiç, 45+1 (qeyri-idman hərəkəti), Dmitri Parxaçov, 55 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə) – sarı, Bruno da Silva, 44 (rəqibi tutduğuna görə) – qırmızı.
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Vaqif Musayev, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Səfər Haşımov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
16 oktyabr 2011. Qəbələ şəhər stadionu. 1500 tamaşaçı.
Qəbələ: 12. Pavel Doroşev, 3. Vurğun Hüseynov, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 8. Bruno da Silva, 10. Deon Barton (18. Aleksandr Çertoqanov, 90+2), 14. Veselko Trivunoviç, 20. Stiv Olfers, 33. Saşa Yunisoğlu, 77. Dodo (16. Abdulkader Kamara, 78), 11. Serge Djiehoua (9. Viktor Mendi, 46).
Ehtiyat oyunçular: 30. Qrem Smit, 15. Nodar Məmmədov, 17. Arif İsayev, 26. Daniel Lopes Kruz.
Baş məşqçi: Toni Adams.
Kəpəz: 22. Konstantin Kolesnikov, 4. Azər Məmmədov (k), 5. Muammer Ərdoğdu, 10. Ceyhun Sultanov (25. Anton Qay, 64), 11. Sabir Allahquliyev (7. Asəf Qədiri, 75), 14. Dmitri Parxaçov, 15. Şahin Kərimov, 23. Junivan Suares, 28. Milan Antiç, 30. Yuri Fomenko, 32. Razvan Tarlea.
Ehtiyat oyunçular: 1. Tural Abbaszadə, 6. Vasif Əliyev, 17. Renat Sultanov, 19. Zaur Əsədov, 34. Cavad Mirzəyev.
Baş məşqçi: Mehman Allahverdiyev.
Neftçi - İnter - 0:1
Qol: Baçana Tsxadadze, 34.
Vərəqələr: Mirhüseyn Seyidov, 4 (qeyri-idman hərəkəti), Flavinyo, 57 (qeyri-idman hərəkəti) - Asif Məmmədov, 10 (hakimin qərarına etiraz); İlia Kandelaki, 28 (hakimin qərarına etiraz); Arif Daşdəmirov, 57 (qeyri-idman hərəkəti), Georgi Lomaya, 74 (bilərəkdən oyunun vaxtını gecikdirdiyinə görə) – sarı, Ruslan Abışov, 82 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə, bilərəkdən ayağa zərbə) - Samir Zərgərov, 80 (hakimi təhqir etdiyinə görə) – qırmızı.
Hakimlər: Elçin Məmmədov, İlham Əliyev, Azər Əsgərov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
16 oktyabr 2011. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 1500 tamaşaçı.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski (10. Emil Mpenza, 66), 9. Flavinyo (17. Araz Abdullayev, 87), 14. Bahodir Nasimov, 15. Ruslan Abışov, 16. Alessandro Viana da Silva, 19. Mirhüseyn Seyidov (25. Cavid İmamverdiyev, 46), 27. Rəşad Abdullayev.
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 18. Ruslan Əmircanov, 20. Elvin Musazadə, 22. Fərid Quliyev.
Baş məşqçi: Böyükağa Hacıyev.
İnter: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 6. Samir Zərgərov (8. Nizami Hacıyev, 63)
11. Asif Məmmədov (16. Elnur Abdulov, 78), 13. Bronislav Çervenka, 14. Petar Zlatinov (10. Asif Mirili, 54), 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze, 30. Danildo Assioli.
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 7. Ruslan Poladov, 20. Girt Karlson, 22. Peter Chrappan.
Baş məşqçi: Kaxaber Sxadadze.
Rəvan - Qarabağ - 1:1
Qollar: Leonardo Roşa, 75 (0:1), Miloş Zeçeviç, 90+3 (1:1).
Vərəqələr: Ekrem Hodziç, 72 (qeyri-idman hərəkəti), Kristian Torres, 90 (hakimin qərarına etiraz) - Rəşad Sadıqov, 72 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Nüvər Xasıyev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
16 oktyabr 2011. Saat 17:00. "Dalğa Arena" stadionu. 800 tamaşaçı
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 5. Natiq Kərimi (30. Şarapudin Şalbuzov, 82), 7. Reys Klaudiney, 8. Tural Axundov, 9. Con Pelu, 10. Anxel Qutyerres (17. Ramazan Abbasov, 77), 18. Samuel Barlay, 20. Kristian Torres, 24. Hüseyn İsgəndərov (13. Fərid Həşimzadə, 36).
Ehtiyat oyunçular: 61. İvan Vasilyev, 15. Tural Cəlilov, 22. Amid Hüseynov, 90. Sergey Çernışev.
Baş məşqçi: Vladislav Qədirov.
Qarabağ: 99. Boyan Pavloviç, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 24. Admir Teli, 22. Əfran İsmayılov (11. Rauf Əliyev, 61), 25. Ansi Aqolli (18. İlqar Qurbanov, 70), 77. Georgi Adamiya (9. Bəxtiyar Soltanov, 90+1), 88. Leonardo Roşa.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 16. Təmkin Xəlilzadə, 23. Tural İsgəndərov.
Baş məşqçi: Qurban Qurbanov.
Xəzər Lənkəran - Simurq - 1:0
Qol: Antonio Semedo, 27.
Vərəqələr: Adrian Pit, 60 (qeyri-idman hərəkəti) - Robertas Poşkus, 85 (hakimin qərarına etiraz), Mikayıl Rəhimov, 87 (rəqibə badalaq vurmaq) – sarı.
Hakimlər: Rauf Cabbarov, Ramiz Əsədov, Elşən Acalov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Rüfət Hüseynov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
16 oktyabr 2011. Lənkəran şəhər mərkəzi stadionu. 5000 tamaşaçı
Xəzər Lənkəran: 1. Kamran Ağayev (k), 2. Elnur Allahverdiyev, 7. Katalin Doman (9. Branimir Subaşiç, 46), 8. Eder Bonfim (23. Şəhriyar Xəlilov, 46), 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev, 16. Adrian Pit, 22. Antonio Semedo, 32. Mario Rosas (10. Elnur Abdullayev, 59), 33. Dejan Rusiç, 84. Julius Vobay.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 15. Emeka Opara, 17. Zahid Quliyev, 18. Alim Qurbanov.
Baş məşqçi: Mirça Rednik.
Simurq: 32. Adnan Hodziç, 2. İlkin Qırtımov, 17. Rüstəm Məmmədov, 79. Vidas Alunderis, 13. Aleksandr Şemonayev (k), 4. Vasili Yanotovski, 28. Yevgeni Şmakov, 6. Mikayıl Rəhimov, 10. Tofiq Mikayılov (14. Andrey Rubin, 61), 8. Qərib İbrahimov (77. Daniel Genov, 80), 21. Kristap Qrebis (11. Robertas Poşkus, 56).
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 9. Əli Bağırov, 27. Ramil Sayadov, 15. Anar Həsənli.
Baş məşqçi: Sergey Yuran.
Qeyd edək ki, turun ilk oyun günündə cəmi bir görüş keçirilmişdi: Turan – AZAL – 0:0.
|
1
|
Xəzər Lənkəran
|
9
|
7
|
1
|
1
|
14-5
|
22
|
|
2
|
İnter
|
9
|
5
|
2
|
2
|
7-5
|
17
|
|
3
|
Neftçi
|
8
|
5
|
0
|
3
|
11-6
|
15
|
|
4
|
Bakı
|
9
|
4
|
3
|
2
|
9-6
|
15
|
|
5
|
Qəbələ
|
9
|
4
|
2
|
3
|
11-10
|
14
|
|
6
|
Qarabağ
|
8
|
4
|
2
|
2
|
10-6
|
14
|
|
7
|
Kəpəz
|
9
|
3
|
2
|
4
|
14-15
|
11
|
|
8
|
Rəvan
|
9
|
2
|
4
|
3
|
11-12
|
10
|
|
9
|
AZAL
|
9
|
2
|
4
|
3
|
10-12
|
10
|
|
10
|
Simurq
|
9
|
2
|
2
|
5
|
7-11
|
8
|
|
11
|
Turan
|
9
|
2
|
1
|
6
|
7-13
|
7
|
|
12
|
Sumqayıt Şəhər
|
9
|
0
|
3
|
6
|
3-13
|
3
|
Bombardirlər:
4 - Ceyhun Sultanov, Yuri Fomenko (Kəpəz), Sergey Artyux (Turan), Dodo (Qəbələ).
3 - Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi), Georgi Adamiya (Qarabağ).
