17 oktyabr 2011 00:05
Sadıqovun komandası Spartkla bacarmadı
Rusiya Premyer Liqasında 27-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, milli komandamızın sabiq baş məşqçisi Vaqif Sadıqovun çalışdığı “Anji” klubu turu 1 xalla başa vurub.
Həmyerlimizin komandası səfərdə Nalçik “Spartak”ı ilə qarşılaşıb. Qarşılaşma 1:1 hesabıyla bitib.
Qeyd edək ki, 27 turdan sonra Sadıqovun komandasının hesabında 42 xal var. Mahaçqala təmsilçisi turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
