17 oktyabr 2011 00:09
Atatürkün Ordusundan Azərbaycana salamlar (FOTO)
Türkiyə Super Liqasının son turu çərçivəsində keçirilən "Orduspor" - "Eskişehirspor" matçında yerli azarkeşlər Azərbaycanla bağlı pankart qaldırıb. Azerisport.az xəbər verir ki, "Orduspor"un "Fidangör" adlı fan-klubu ölkəmizə salam göndərib.
Pankartın yuxarı hissəsində "ATATÜRKün ORDUsundan AZƏRBAYCANa salamlar" yazılıb. Aşağı hissədə isə "QARABAĞ AZƏRBAYCANındı!" şüarı qeyd edilib.
Qeyd edək ki, "Fidangör"lə Azərbaycanın "Sektor 11" fan-klubları "qardaş fan-klub"du. Sözügedən pankart da məhz qarşılıqlı əməkdaşlıq sayəsində ərsəyə gəlib.
