16 oktyabr 2011 11:22
Deyan Rusiç: Xəzər Lənkəranın qələbəsini heç kim istəmir
“Xəzər Lənkəran”ın hücumçusu Deyan Rusiç Premyer Liqanın 9-cu turunun “Simurq”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Simurq”la oyunun hazırlıqları necə gedir?
- Yaxşı. Xüsusi nəsə etmirik. “Neftçi”yə qarşı necə hazırlaşmışdıqsa, “Simurq”a da qarşı elə hazırlaşırıq.
- Yaxşı. Xüsusi nəsə etmirik. “Neftçi”yə qarşı necə hazırlaşmışdıqsa, “Simurq”a da qarşı elə hazırlaşırıq.
- Sizin üçün bu, bizim çempionatdakı ilk mövsümdü. Deməli, ilk dövrə hələ sizin üçün tanışlıq xarakteri daşıyır. Bu rəqibiniz barədə nə öyrənə bilmisiz?
- Adətən, hər oyundan öncə balkanlardan olan futbolçularla əlaqə saxlayıb, bəzi şeyləri öyrənirəm. Amma Zaqatalada beləsini tapa bilmədim. Buna görə də onlar barədə məndə ətraflı məlumat yoxdu. Düzdü, rəqib turnir cədvəlinin alt pillələrində yer alıb. Amma bu, o demək deyil ki, mən onlara ciddi rəqib kimi yanaşmıram. Əgər mən və ya komanda yoldaşlarım belə düşünsə, o zaman “Rəvan”la oyunda olduğu kimi, yenə xal itirmiş olarıq.
- Yəqin ki, rəqibin yüksəlişdə olduğunu bilirsiz?
- Mən bunu bilmirdim. İroniyasız olaraq bu informasiyaya görə sağ olun.
- Rəqibiniz “İnter”lə eyni üslubda futbol sərgiləyir. Hansı ki, həmin komanda sizə cari mövsümükü yeganə məğlubiyyəti yaşadıb...
- Həmin gün biz sadəcə öz oyunumuzu göstərə bilmədik. Bu dəfə elə şey təkrarlanmayacaq. Əgər bacardığımızı edə bilsək, “Simurq”u rahat keçəcəyik.
- Beş turdan sonra “Qəbələ” əsas izləyiciniz idi və məğlubiyyət tanımırdı. Amma hazırda komanda ardıcıl uğursuzluqlar yaşayır...
- Bu, artıq “Qəbələ”nin problemidi. Ola bilsin ki, sadəcə bəxtləri gətirmir. Amma gəlin komandaları bərabərləşdirməyəl. Biz ardıcıl üç dəfə uduzmağa hazırlaşmırıq.
- Yeri gəlmişkən, “Xəzər Lənkəran”ın da məğlubiyyətinə sevinənlər çox oldu...
- Bilirəm. Bunu digər klublarda olan tanış futbolçularla söhbətlərimdə də hiss etdim. Bizim qələbə qazanmağımızı heç kim istəmir. Bizə qarşı hamı ikiqat güclə oynayır. Biz hətta “Turan”la qarşılaşmada da maksimum güclə oynamaq məcburiyyətində idik.
- “Bakı”, “Kəpəz” və “Neftçi”... Növbəti rəqiblərinizin bu ardıcıllığını necə qiymətləndirərdiz?
- “Simurq”dan sonra bu komandalarla oynamalı olacağıq. Amma bu barədə danışmaq istəmirəm. Hadisələri qabaqlamağı xoşlamıram. Öncə “Simurq”u yenək, sonra “Bakı”yla məşğul olarıq.
- “Simurq”dan sonra bu komandalarla oynamalı olacağıq. Amma bu barədə danışmaq istəmirəm. Hadisələri qabaqlamağı xoşlamıram. Öncə “Simurq”u yenək, sonra “Bakı”yla məşğul olarıq.
