16 oktyabr 2011 12:12
Qəbələnin sabiq üzvü totalizatora görə qovuldu
“Qəbələ”nin sabiq futbolçusu Viktor Komlenok totalizator oyunlarında iştirak etdiyinə görə cəzalanıb. Azerisport.az xəbər verir ki, o, Moldova “İskra-Stal”ındakı karyerasını qalmaqalla bitirməli olub.
Belə ki, 32 yaşlı futbolçunun totalizator oyunlarında iştirakını aşkarlayan klub rəhbərliyi onu komandadan uzaqlaşdırmağa qərar verib. Lakin onun konkret hansı oyunlarla bağlı belə əməllərdə iştirakı barədə ətraflı məlumat verilmir.
Qeyd edək ki, Komlenok 2008/09 mövsümündə “Qəbələ”nin heyətində yer alıb.
