16 oktyabr 2011 00:18

Fabio Luis Ramim: Növbəti tsikldə daha yaxşı nəticə qazanacağıq

“Bakı”nın yarımmüdafiəçisi Fabio Luis Ramim azerisport.az saytına müsahibəsində Premyer Liqanın “Sumqayıt Şəhər”lə oyunu öncəsi komandasındakı durumdan, eləcə də hədəflərindən danışıb.
 
- “Bakı”nı heç də asan olmayan Sumqayıt səfəri gözləir. Oyun öncəsi fikirlərini maraqlıdı…
- “Sumqayıt Şəhər” gənc komandadı. Hər dəfə meydanda ürəklə mübarizə aparırlar. Əksər futbolçuları gənclər olsa da, Mahmud Qurbanov, Samir Abasov kimi təcrübəli oyunçuları da var. Bizi heç də adi oyun gözləmir. Hər halda biz də öz oyunumuzu göstərməyə və qələbə qazanmağa çalışacağıq.
 
- Çempionatda fasilə yaranmışdı. Bu, elə də sabit oynamayan komandanız üçün nə dərəcədə faydalı oldu?
- Bizim bir neçə oyunçumuz yığma komandalara dəvət almışdılar. Bu fasilənin xeyrimizə işlədiyini düşünürəm. Əlbəttə, uduzmaq, xal itirmək xoş deyil. Çalışacağıq ki, bu fasilədən sonra daha yaxşı oyun sərgiləyək.
 
- Ölkə kubokunda da rəqibiniz müəyyənləşdi. “Rəvan” haqda nə düşünürsüz?
- Bu, çox çətin rəqibdi. Onlarla Premyer Liqa oyunumuzun ilk yarısını 3:0 bitirmişdik. Amma fasilədən sonra onlar 2 qol vurdular. Az qala 3 xaldan olacaqdız. Ümumiyyətlə, indi Azərbaycanda zəif komanda tapmaq çətindi.
 
- Avqustda keçirilən Makedoniya ilə yoldaşlıq oyununda aldığınız zədədən sonra oynamırsız. Artıq hazırsız?
- Çoxdandı oynamıram. Mənim əvvəlki formamı bərpa etməyim üçün vaxt lazımdı. Hələ baş məşqçi Aleksandr Starkovun məni meydana buraxıb-buraxmayacağını bilmirəm. Amma meydana çıxsam, komandamın uğuru üçün əlimdən gələni edəcəm.
 
- Azərbaycan yığması AÇ-2012-nin seçmə mərhələsini Avstriya və Türkiyəyə məğlubiyyətlərlə başa vurdu. Yekun nəticəni necə qiymətləndirirsiz?
- Bəzi oyunlarda biz çox yaxşı oyun sərgilədik. Məsələn, Türkiyə, Qazaxıstan və Belçika ilə ev oyunlarında. Amma hərdən konsentrasiyanı itirdik. Avstriya ilə ev oyunu buna əyani sübutdu. Fikrimcə, növbəti tsikldə daha yaxşı nəticə qazana biləcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.