16 oktyabr 2011 00:27
Amit Quluzadə komandasının ən zəifləri arasında
Türkiyə mətbuatı yığma komandamızın yarımmüdafiəçisi Amit Quluzadənin Bank Asya birinci liqanın son turundakı çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, doğma meydanda “Çaykur Rizespor”la qarşılaşan və 4:0 hesablı möhtəşəm qələbəyə sevinən “Kayseri Erciyesspor”un üzvü nədənsə, o qədər də yüksək qiymətə layiq görülməyib.
Türklər Amitin çıxışını 5 balla qiymətləndiriblər. Quluzadə ilə yanaşı Kayseri təmsilçisinin daha 3 futbolçusu eyni qiymətə layiq görülüb. “Erciyesspor”un ən yaxşısı isə bu oyunda dubla imza atan Gökhan Kaba olub – 8 bal.
Xatırladaq ki, Amit “Çaykur Rizespor”la oyunun start heyətində meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib.
Erciyesspor: Ferhat – 7, Fatih Kılıçkaya - 7, Cemil - 8, Serkan - 7, Emrah – 7 (Posinkoviç, 72) – 5, Amit – 5 (Cemal, 79) - 5, Kemal Okyay - 8, Metin – 7, Davut – 7, Hanni - 7, Gökhan Kaba – 8 (Ali Can, 88) – 6.
