17 oktyabr 2011 13:14
Fabio: Xəzər Lənkərana qarşı daha yaxşı oynayacağıq
“Bakı”nın yarımmüdafiəçisi Fabio Luis Ramim Premyer Liqanın 9-cu turunun “Sumqayıt Şəhər”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:0 hesablı qələbəsi ilə başa çatan oyundan sonra bunları dilə gətirib:
“Mən iki aylıq fasilədən sonra yenidən meydana qayıtdığım üçün şadam. Cəmi 15-20 dəqiqə oynamağıma baxmayaraq, əsas 3 xal qazanmaq idi. Yaxşı oynadığımızı düşünürəm. Xeyli qol vəziyyətimiz oldu. Əlbəttə, hələ çox işləməliyik. Xüsusilə də qol vəziyyətlərini reallaşdırmağın üzərində. Fikrimcə, qarşıdakı “Xəzər Lənkəran”la oyuna hazırlaşıb daha yaxşı oynayacağıq”. (BakıTV)
