17 oktyabr 2011 14:02
Xəzər Lənkəran Bakı ilə oyuna istirahətsiz hazırlaşır
Dünən "Simurq"u yenib zirvədəki yerini möhkəmləndirən "Xəzər Lənkəran" Premyer Liqanın növbəti turunun hazırlıqlarına istirahət etmədən başlayacaq. Azerisport.az xəbər verir ki, Lənkəran klubu bu gün doğma şəhərdə bərpa məşqinə çıxacaq.
Sabah səhər yenə "Fırtınalar meydanı"nın yardımçı meydançasında məşq edəcək komanda ardınca Bakıya üz tutacaq. "Xəzər Lənkəran" həmin gün paytaxtda məşq edəcək və bununla da "Bakı" matçının hazırlışları başlayacaq. Lənkəran klubu oyuna qədər Bakıda qalacaq.
Qeyd edək ki, "Bakı" - "Xəzər Lənkəran" oyunu oktyabrın 21-də keçiriləcək.
