17 oktyabr 2011 14:54
Azərbaycanlı futbolçudan xanım jurnalistə qarşı hörmətsizlik (VİDEO)
Futbol üzrə Ukrayna çempionatının aparıcı klublarından olan Kiyev “Dinamo”sunun şərəfini qoruyan Azərbaycan əsilli futbolçu Aleksandr Əliyev ondan müsahibə almaq istəyən xanım jurnalistə qarşı etdiyi kobudluqla diqqət mərkəzinə düşüb. Azerisport.az xəbər verir ki, o, Ukraynanın ICTV kanalının müxbirinə qarşı davranışıyla hamını təəccübləndirib.
