17 oktyabr 2011 15:45
Vaqif Cavadov Zenitlə daha tez qarşılaşmalı oldu
Vaqif Cavadovun şərəfini qoruduğu Rusiyanın “Volqa” klubunun oyununun vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, Nijni Novqorod təmsilçisi “Zenit”lə oktyabrın 27-də qarşılaşmalı olacaq.
Halbuki, sözügedən oyun öncədən oktyabrın 28-də keçirilməliydi. Bu dəyişikliyə səbəb isə “Zenit”in UEFA Çempionlar Liqasındakı iştirakı olub. Məhz bu üzdən Sankt-Peterburq klubunun xahişinə əsasən 29-cu turun sözügedən oyunu bir gün öncəyə çəkilib.
