17 oktyabr 2011 17:11

Kazbek Tuayev: Bu, Foqts üçün biabırçılıqdı

Azərbaycan futbolunun veteranı, AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev azerisport.az saytına müsahibəsində yığmamızın AÇ-2012-nin seçmə mərhələsi çərçivəsindəki çıxışını dəyərləndirib.

- Başa çatan seçmə mərhələdəki nəticəmizi necə qiymətləndirərdiz?
- Hesab edirəm ki, bu tsikl heç də pis alınmadı. Əgər xüsusi oyunları götürsək, elələrinin sayı çox olmadı. Məsələn, Qazaxıstan üzərindəki gözəl qələbəni (3:2), və ya Türkiyə üzərindəki qələbəmizi (1:0) qeyd etmək olar. Əla oyunlar idi. Məğlub olmağımıza baxmayaraq, İstanbulda da pis oynamadıq. Xarakter, mübarizə və əsl futbol izləmək mümkün idi. Türklər matçın son dəqiqəsinə kimi oyunun nəticəsindən qorxurdular.
 
- Amma pis oyunlarımız da vardı...
- Ən pis oyunumuz Avstriya ilə ev oyunu oldu (1:4). Amma orda da bizim planlarımızı hakim korladı. İsveçrəli hakimlərin işini utancverici adlandırmaq olar. O, daha ünlü yığmanın oyunçusunu elə epizoda görə meydandan qovmazdı. Bunun da günahını AFFA rəhbərliyində görürəm. Hakimləri yaxşı qarşılamaq lazımdı. Mən demirəm hakim almaq lazımdı. Sadəcə, elə etmək lazımdı ki, onlar ev oyununda heç olmasa loyal münasibət göstərsinlər.
 
- Yəni, tsikli uğurlu saymaq olar?
- Uğurlu deməzdim, amma inkişaf hiss olunur. Bu tiskl göstərdi ki, Foqts normal məşqçidi. Ən azı ona görə ki, almanın işində mənfi cəhətlər azalıb. Hər halda 0:6, 0:8, 0:10 hesablı yenilgiləri unutmuşuq. Foqtsu tərifləmək istəmirəm. Mahir Şükürovu da. O, əvvəllər kim idi ki? Yadımdadı ki, Levandovski onu aldadanda, Şükürov neçə metr kənara uçurdu. Amma indi Mahir başqa cür oynayır. Rəşad Sadıqovla Elnur Allahverdiyev də yaxşı təsir bağışlayır.
 
- Bu tsiklin tapıntıları kimi hansı oyunçuları qeyd etmək olar?
- Mən Rauf Əliyevi qeyd edərdim. Ona halaldı. Çalışqan oğlandı. Ağıl və istək var. Qurban Qurbanov onu yaxşı futbolçu kimi yetişdirə bilər.

- Berti Foqtsla müqaviləni yeniləməyə dəyər?
- Bu sual mənə verilməməlidi. Amma düşünürəm ki, o, komandaya xeyir verir. Baxmayaraq ki, bizə mentalitetcə bir qədər yaxınlığı olan italiyalı, argentinalı və ya braziliyalı mütəxəssislər daha uyğundu.

- Amma çoxları yerli mütəxəssis gözləyir...
- Onu kim deyirdi? Biz onların hamısını görmüşük. Sadəcə, Qurban Qurbanov qalır. Amma onun üçün hələ tez olduğunu düşünürəm. Qurbanovla bu haqda danışmışam, fikrimi özünə də demişəm. Qalan namizədlərdən isə danışmaq da istəmirəm.

- Yeri gəlmişkən, Foqtsla Vaqif Cavadov arasındakı münaqişə haqda nə deyərdiz?
- Fikrimcə, bu, alman tərəfdən biabırçılıqdı. O, yığmanın aparıcı oyunçularından birindən imtina edə bilməz. Bu, nə deməkdi? Məşqçi futbolçudan asılıdı. Vaqif hələ gəncdi. Foqts onunla görüşməli və danışmalıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.