17 oktyabr 2011 11:38

Alessandro Viana: Əminəm ki, XL kifayət qədər xal itirəcək

“Neftçi”nin müdafiəçisi Alessandro Viana Premyer Liqanın 9-cu turunun “İnter”lə oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- “İnter”ə məğlubiyyətiniz bir qədər gözlənilməz alındı...
- Qələbə qazanmaq üçün hər şeyi etdik, amma sonda heç nə qazana bilmədik. Halbuki, oyuna kimi heç-heçə barədə belə düşünmürdük. Biz anca qələbəyə oynayırdıq.
 
- Bəs sizə bu qələbəni qazanmağa nə mane oldu?
- Müdafiədə bir səhv buraxdıq və rəqib də bundan yararlandı. Amma ona qədər biz nə qədər qol vəziyyəti yaratmışdıq. Qol vurmaq lazım idi. “İnter” ilk dəqiqələrdən öz qapısı qarşısında oturmuşdu və ancaq əks-hücum haqda düşünürdü. Halbuki, heç onu da yaratmırdı.
 
- Artıq üçüncü məğlubiyyətinizi aldınız. Çox deyilmi?
- Premyer Liqada hadisələrin inkişafını nəzərə alsaq, bu, heç də pis göstərici deyil.

- “Neftçi” heç-heçə etməyən yeganə komandadı...
- Bu, o deməkdi ki, rəqiblərimiz bizimlə oyunlarda ya məğlubiyyətə, ya da qələbəyə hazır olmalıdılar (gülür). Amma mən bunu ciddiyə almıram. Mümkündü ki, elə yaxın turlarda biz də heç-heçə edək. Baxmayaraq ki, qarşıdakı oyunlarda ancaq qələbə qazanmağımızı istəyirəm.
 
- Məğlubiyyətiniz “Xəzər Lənkəran”ın zirvədə daha da möhkəmlənməsinə şərait yaratdı...
- Burda qorxulu heç nə yoxdu. Mən əminəm ki, lider kifayət qədər xal itkisi ilə üzləşəcək ki, ona çatmaq mümkün olsun.

- Bəs siz onları qabaqlayacaq qədər xal toplaya biləcəksizmi?
- Digərlərini deyə bilmərəm, amma biz buna borcluyuq. Komanda oyunumuz var. Qalır sadəcə xal ehtiyatımızı artırmaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.