17 oktyabr 2011 11:48
Yığmamız İtaliya klubu ilə bacarmadı
İtaliyanın Verona şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması burda yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, millimizin rəqibi İtaliyanın “Brescia” klubunun U-19 komandası olub.
Qarşılaşma 2:1 hesabı ilə İtaliya təmsilçisinin xeyrinə başa çatıb. Yığmamızın heyətində Ruslan Nəsirli fərqlənib.
