17 oktyabr 2011 12:46
Abdullayevdən 6 oyuna 2 düzgün proqnoz
Azərbaycan futbolunun veteranlarından olan Oqtay Abdullayev Premyer Liqamızın 9-cu turunun oyunları ilə bağlı verdiyi proqnozlardan dördündə yanılıb. Azerisport.az xəbər verir ki, o, cəmi 2 görüşün nəticəsini öncədən düzgün proqnozlaşdırsa da, qalanlarının nəticəsini müəyyənləşdirə bilməyib.
Abdullayev “Xəzər Lənkəran”ın “Simurq”u, həmçinin “Bakı”nın “Sumqayıt Şəhər”i yenəcəyini öncədən dəqiq müəyyənləşdirib. Lakin AZAL-ın “Turan”ı, “Qarabağ”ın “Rəvan”ı, “Neftçi”nin “İnter”i məğlub edəcəyinə, “Qəbələ” – “Kəpəz” matçında isə heç-heçə olacağına dair proqnozları düz çıxmadı.
