18 oktyabr 2011 12:58
AFFA Ramazanovu cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclasında Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 9-cu turunun oyunları ilə də bağlı müzakirələr aparılıb. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən aşağıdakı qərarlar çıxarılıb:
“Turan” – AZAL matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandıldığı üçün klub 500 manat cərimə olunub. Oyunun 58-ci dəqiqəsində “Turan”ın futbolçusu Seymur Tağıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Qəbələ” – “Kəpəz” oyununun 87-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Fuad Əliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Neftçi” – “İnter” matçında “İnter”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandıldığı üçün klub 500 manat cərimə olunub. Oyunun 84-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Ağabala Ramazanov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
“Sumqayıt Şəhər” – “Bakı” matçında “Sumqayıt Şəhər”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandıldığı üçün klub 500 manat cərimə olunub.
“Xəzər Lənkəran” – “Simurq” matçında “Xəzər Lənkəran”ın 5, “Simurq”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandıldığı üçün hər iki klub 500 manat cərimə olunub.
