18 oktyabr 2011 13:15
İK Vaqif Cavadovun məsələsinə sabah baxacaq
Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, ölkə çempionatlarında baş verən müxtəlif olaylarla bağlı qərarlar çıxaran İK bu dəfə də Vaqif Cavadovun məsələsinə baxmayıb.
Lakin bu barədə kiçik açıqlama verilib. Açıqlamada bildirilir ki, Vaqif Cavadovun məsələsi araşdırıldığı üçün İntizam Komitəsi bu barədə sabah – oktyabrın 19-da qərar verəcək.
