18 oktyabr 2011 01:23
“Klaudiney qətiyyətlə hər şeyi təkzib edir”
“Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyev sözügedən komandanın üzvü Reys Klaudineyin Premyer Liqanın son turunda “Qarabağ” azarkeşlərini təhqir etməsinə münasibətini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, qonaq komandanın azarkeşlərinə orta barmağını göstərən braziliyalı futbolçu ilə bağlı bunları dilə gətirib:
“Hələ futbolçunu necə cəzalandıracağımızı deyə bilmərəm. Əvvəlcə, hadisənin məğzinə varmaq lazımdı. Məsələ burasındadı ki, futbolçu qətiyyətlə hər şeyi təkzib edir. Mən həmin olaya yaxın olan futbolçularla görüşəcəm. Cəzalandırmaq həmişə mümkündü. Əsas odu ki, bu hadisənin necə baş verdiyini üzə çıxarmaq mümkün oldun”.