18 oktyabr 2011 14:14
Samir Zərgərov: Mən Elçin Məmmədovu söyməmişəm
Bu gün AFFA İntizam Komitəsi tərəfindən dörd oyunluq diskvalifikasiya olunan “İnter”in oyunçusu Samir Zərgərov bu cəzasına münasibətini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Mən dünyada ehtiyat oyunçular skamyasından hakimin qərarına etiraz edən ilk futbolçu deyiləm. Elçin Məmmədova dedim ki, sadəcə, onun qərarı ilə razı deyiləm. Ona söymədim, təhqir etmədim. Bu qırmızı vərəqə də maksimum iki oyunluq cəzayla nəticələnə bilərdi. Daha dörd oyunluq yox. Mən İK-nın bu qərarıyla razı deyiləm. “İnter” bu qərardan apelyasiya şikayəti etməlidi”.