18 oktyabr 2011 14:33
UEFA həmyerlimizi Avroliqa matçına təyin etdi
AFFA-nın Beynəlxalq Əlaqələr Departamentinin rəisi Orxan Hüseynzadə yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, UEFA bu dəfə həmyerlimizi Avropa Liqasının qrup mərhələsinin oyununa göndərir.
Belə ki, Hüseynzadə sözügedən turnir çərçivəsində oktyabrın 20-də keçiriləcək “Brugge” (Belçika) – “Birmingham” (İngiltərə) oyununun UEFA nümayəndəsi təyin olunub.
