18 oktyabr 2011 15:01
Rəvan təhqiredici jestlə bağlı məsələni qapadı
“Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyev Premyer Liqanın son turunda Reys Klaudineyin “Qarabağ” azarkeşlərini təhqir etməsinə dair məsələ ilə bağlı yekun qərarlarını açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, qonaq komandanın azarkeşlərinə orta barmağını göstərən braziliyalı futbolçu haqda daha sərt cəza veriləcək dəlil tapmadıqlarını dilə gətirib:
“Mən bir daha Klaudineylə görüşdüm. O, and-aman edir ki, tərəfindən heç bir xoşagəlməz hərəkət olmayıb. Lakin bununla kifayətlənməyib, həmin hadisəyə yaxın olan futbolçularla da görüşüb, söhbətləşdim. Onlar da bu söhbəti inkar etdilər. Videoda da heç nə görünmür. Buna baxmayaraq, mən ona kəskin şəkildə xəbərdarlıq etdim. Beləcək, qabaqlayıcı tədbir görmüş olduq”.
