18 oktyabr 2011 15:09
Azərbaycan çempionu Barcelona ilə noyabrın 20-də qarşılaşacaq
Futzal üzrə UEFA kubokunun elit-raund mərhləsində Azərbaycan çempionu “Araz”ın keçirəcəyi oyunların vaxtı müəyyənləşib. Azerisport.az təmsilçimizin oyunlarının təqvimi ilə sizi də tanış edir.
Qeyd edək ki, Naxçıvan klubunun yer aldığı qrupda Hollandiyanın “Eindhoven”, Çexiyanın “Era Park Chrudim” və İspaniyanın “Barcelona” komandaları da mübarizə aparacaq. Komandamız ilk görüşünü hollandlara qarşı keçirəcəksə, son matçında “Barcelona” ilə üz-üzə gələcək.
Təqvimlə aşağıda tanış ola bilərsiz:
17 noyabr, saat 21:30
Araz – Eindhoven (Hollandiya)
18 noyabr, saat 21:45
Era Park Chrudim (Çexiya) – Araz
20 noyabr, saat 20:00
Araz – Barcelona (İspaniya)
Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
