18 oktyabr 2011 16:28
İnanılmaz: 4-cü liqa matçında 60 min azarkeş! (FOTO, VİDEO)
Braziliyanın köklü klublarından “Santa Cruz”un D Seriyasından C Seriyasına yüksəlmək uğrundakı son matçını 60 mindən çox azarkeş izləyib. Azerisport.az xəbər verir ki, 2005-ci ildə A Seriyasına yüksələn “Santa Cruz” sonradan hadisələrin xoşagəlməz axarı nəticəsində 2009-da D Seriyasına yuvarlanmışdı.
Lakin sözügedən komanda nəhayət bu mövsüm özünə gələrək, uğurlu çıxışı sayəsində C Seriyasına yüksəlməyi bacarıb. “Santa Kruz” buna öz evində “Trece PB” komandasıyla ev oyununda bərabərliyə qalmaqla nail olub. Nəticədə, dördüncü liqadan üçüncü liqaya yüksələn komandanın azarkeşləri də “Aruda” stadionununu tam doldurmaqla qırılması çətin bir rekorda imza atıblar.
Belə ki, əksər yüksək liqa klublarının da öz ev oyunlarında görmədiyi sayda (ən azı 60 min) azarkeş sözügedən oyunu izləmiş olub.
