18 oktyabr 2011 16:58
Mario Rosas: Barcelonadan ayrılmağım səhv addım idi
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Mario Rosas Premyer Liqanın 9-cu turunun “Simurq”la oyunundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- “Simurq”la oyun barədə nə deyərdiz?
- Kiçik komandalara qarşı oynamaq həmişə çətin olur. Onlara tam olaraq müdafiə olunurar və bu, hücumlar təşkil etməkdə çətinlik yaradır. Amma bizim üçün əsas olan uğurlu nəticə idi ki, onu da qazandıq.

- Amma qol vurduqdan sonra XL öz oyununu itirdi...
- Biz istənilən komandaya hörmətlə yanaşırıq. Amma istənilən halda zəif komandalarla oyunların öz çətinlikləri olur. Özü də onlar qol vurandan sonra daha da qapanırlar. Xoşbəxtlikdən biz belə aqibətlə üzləşmədik.
- Oyunları daha çox ehtiyatdan izləməyirsiz...
- Bu, məni narahat etmir. Çünki meydana çıxmamağım zədə ilə bağlıdı.
- Komandaya uyğunlaşma necə gedir?
- Azərbaycan mənim üçün yeni ölkədi, yenə mədəniyyətdi və şübhəsiz ki, uyğunlaşma heç də asan ola bilməz. Burdakı insanlar, klub rəsmiləri, azarkeşləri komandaya görə çox həyəcan keçirirlər. Zədə səbəbindən oynaya, onları sevindirə bilməməyim də məni məyus edir. Amma hər şey yaxşıya doğru gedir.

- Düşünmürsüz ki, Azərbaycan çempionatına gəlməyiniz geriyə addımdı?
- Mən belə hesab etmirəm. Bütün karyeramı İspaniyada keçirmişəm. Buna görə də, özümü qeyri-adi ölkədə sınamağa qərar verdim. Azərbaycana gəlməyimə məni heç kim məcbur etmədi, təzyiq göstərmədi. Məhz buna görə də Azərbaycan klubunda oynamağımı geriyə addım saymıram.

- İspaniya və Azərbaycan futbolu arasındakı kəskin fərqi yəqin ki, hiss etmək çətin deyil. Sizcə, burda əsas nəyə diqqət yetirilməlidi?
- Hər ölkədə olduğu kimi, burda da uşaq futboluna ciddi qayğı göstərilməlidi. Uşaq futbolunun inkişafı üçün hər şeyi yaratmaq lazımdı. Daha yaxşı baza, meydançalar olmalıdı. Bu, çox vacibdi.
- “Barcelona”dakı karyeranız niyə alınmadı?
- Hazırda “Barsa”nın öz uşaq məktəbinə böyük diqqət yetirilir. Amma mənim dövrümdə - 10 il öncə bunlar yox idi. Məsələn, o dövrdə hücum xəttinə daha çox əcnəbiləri gətirərdilər. Məsələn, Rivaldo, Luiş Fiqu, Patrik Klyuvert. Bu üzdən də yerli futbolçulara özlərini göstərmək şansı qalmırdı. Mən də onların arasında idim. Belədə mən “Alaves”də oynamağa qərar verdim ki, sonra yenidən “Barcelona”ya qayıdaram. Orda da əsas heyətə düşə bilmədim. Bir sözlə, “Barsa”dan ayrılmağım səhv addım idi. Amma qərar qəbul olunmuşdu.
- İspaniya mətbuatında yazırlar ki, siz “Salamanca”dakı çıxışınız zamanı futboldan çox əyləncəyə və qızlara həsr edirmişsiz...
- Bunun mənimlə qətiyyən əlaqəsi yoxdu. Ümumiyyətlə, İspaniyada belə şeyləri sevirlər: kim kimlədi, harda, niyə görüşdü, niyə şam etdi. Amma bu informasiya qətiyyən həqiqəti əks etdirmir.
- Sonda Bakını hansı İspaniya şəhəri ilə müqayisə edə bilərdiz?
- Bakı hazırda 5 il öncəki Valensiyanı xatırladır. Amma hazırda Valensiya çox gözəlləşib. Bakı da gözəldi. Bu, mübahisəsizdi.