18 oktyabr 2011 18:01
Anar Salmanov AÇ-nin seçmə mərhələsində
FİFA referisi Anar Salmanov yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində noyabrın 8-dən 13-dək İsraildə keçiriləcək V qrupun 2 oyununu Anar Salmanov idarə edəcək.
Bu qrupda daha bir təmsilçimiz isə referi köməkçisi Mübariz Haşımov olacaq. Qeyd edək ki, V qrupda İsrail, Serbiya, Litva və Çexiya komandaları mübarizə aparacaq.
