18 oktyabr 2011 11:28

İbekoyi: Turanla səfərdə heç-heçəni qənaətbəxş sayıram

AZAL-ın hücumçusu Viktor İbekoyi Premyer Liqanın 9-cu turunun “Turan”la oyunundan (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb. O, öncə Tovuzdakı oyunla bağlı fikirlərini açıqlayıb:

“Oyun kifayət qədər ağır alındı. Rəqibimiz yaxşı müqavimət göstərdi, özü də qol vurmağa çalışırdı. Düzünü desəm, Tovuzda heç-heçə etməyimizi ən pis nəticə saymıram. Əgər daha çox qol vəziyyəti yaratdığımızı nəzərə alsaq, bütövlükdə yaxşı oynadıq. Amma AZAL-ın potensialı daha artığını əldə etməyə də imkan verir”.
 
İbekoyinin sözlərinə görə, onların bu oyun üçün əsas hədəfləri qələbə imiş: “Dediyim kimi, heç-heçəni qənaətbəxş nəticə saymaq olar. Əsas odu ki, uduzmadıq. Amma biz qələbə qazanmağı çox istəyirdik. Çünki bu, bizim əsas hədəfimiz idi”.

Nigeriyalı legioner rəqib komandanın bir hissə azlıqda oynamasından yararlana bilməmələrinə də toxunub: “Rəqibin 10 nəfərlə qalmasına baxmayaraq, təəssüf ki, bundan yararlana bilmədik. “Turan” yaxşı oynadı. Bunu onların 10 nəfərlə qol buraxmamaları da bir daha sübut etdi”.

İbekoyi bəxtsizlikdən də şikayətlənib: “Fikrimcə, hardasa bəxtimiz də gətirmədi. Hücumlarımızı qurmaqda da çətinlik çəkirdik. Çünki meydanın vəziyyəti buna imkan vermirdi. Rəqib isə orda oynamağa artıq alışıb”.

AZAL-ın futbolçusu sonda qarşıdakı turun “Rəvan”la oyununa da toxunub: “Əlbəttə, “Rəvan” heç də sıradan rəqib deyil. Ən azı ona görə ki, hər komanda səfərdə “Qəbələ”ni məğlub edə bilməzdi. Ümumiyyətlə, Azərbaycan çempionatında heç vaxt bilmək olmur ki, rəqibin qarşıdakı oyunda nə edəcək. İstənilən an zəif komanda daha güclünü məğlub edə bilər. Buna görə də qarşıdakı oyun haqda öncədən nəsə danışmağa dəymir”.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.