18 oktyabr 2011 11:34
Yığmamız almanlarla sülh bağladı
Almaniyada təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamızın rəqibi “FSV Frankfurt” klubunun müvafiq yaş qrupundan ibarət komandası olub.
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Yığmamızın ilk qolunu penalti zərbəsindən Şahban Cəbrayılov vurub. Digər qolun müəllifi isə Mahir Mədətov olub.
