18 oktyabr 2011 11:50
Neftçi Gəncə ilə oyunun hazırlıqlarına başladı
"Neftçi"nin futbolçularının bir günlük istirahəti başa çatıb. Azerisport.az xəbər verir ki, komanda üzvləri bu gün bir araya gələrək, "Gəncə" ilə oyununun hazırlığına başlayacaqlar.
“Flaqman” saat 16:00-dan etibarən klubun bazasındakı meydançada məşq edəcək.
Qeyd edək ki, Premyer Liqanın X turunun "Gəncə" - "Neftçi" matçı oktyabrın 22-də baş tutacaq.
